"İsrailin gələcəyi təhlükə altındadır". 

"Unikal" xəbər verir  ki, bunu İsrailin baş naziri Naftali Bennett "Twitter" hesabındakı paylaşımında deyib. 

"Xilasetmə hökumətinin formalaşdırılması məsuliyyətini öz üzərimə götürmək mənim üçün çətin seçim idi, lakin ölkənin gələcəyi təhlükə altındadır və biz xalqımızın birliyini qorumaq üçün mübarizə aparmalıyıq. Bizim başqa dövlətimiz yoxdur", - deyə o,  paylaşımında bildirib. 

Mövcud hökumətin müxtəlif sahələrdə, o cümlədən COVİD-19, işsizlik və zorakılıqda uğur qazandığını iddia edən Bennet, hökumətinin keçən il iqtisadiyyatı 8 faiz böyütdüyünü, ərəb cəmiyyətində qətllərin sayının isə 30 faiz azaldığını qeyd edib.