Azərbaycanın bir neçə rayonuna qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Gədəbəy, Göygöl, Daşkəsən rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Xidmət Azərbaycanın bölgələrindən qarlı mənzərələrlə bağlı görüntülər yayıb.