Metropolitendə Polis Şöbəsinə metronun “İnşaatçılar” stansiyasında Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunun və içərisində pulu, şəxsiyyət vəsiqəsi, 2 bank kartı olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.