Mayın 20-də Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Kürdəmir rayonunda fəaliyyət göstərən bir qrup sahibkarlarla görüş keçirib.

"Unikal" xəbər verir ki, görüşdə həmçinin Bakıdan dəvət olunmuş biznes üzrə ekspertlər iştirak ediblər.

Görüş zamanı rayondakı biznes mühitinin, həmçinin yeni biznes imkanlarının araşdırılması təhlil edilib.

Sonda qərara alınıb ki, belə görüşlər mütəmadi təşkil edilsin və real nəticələr üçün çalışılsın.