Finlandiyanın "Gasgrid Finland" qaz-nəqliyyat şirkəti Rusiyadan qaz tədarükünün dayandığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, hazırda Finlandiyaya təbii qaz digər bazar iştirakçıları tərəfindən tədarük olunur. Eyni zamanda, ölkədə qaz sisteminin hazırda stabil olduğu deyilir.

Xatırladaq ki, ötən gün "Qazprom" şirkəti mayın 21-i səhər saatlarından etibarən Finlandiyaya qaz verilişini dayandıracağını elan etmişdi. Bu qərar Finlandiyanın aprel tədarükləri ilə bağlı ödəniş etməməsi və rublla ödənişə razı olmaması ilə əlaqədar verilib.