PSJ hücumçunu saxlamaq üçün Kilian Mbappeyə böyük məbləğ təklif edib.

"Unikal" xəbər verir ki, parislilər 23 yaşlı oyunçuya müqaviləni uzatmaq üçün 300 milyon avro imza bonusu təklif ediblər.

Həmçinin yeni müqavilənin şərtlərinə görə fransalıya vergilərdən sonra illik 100 milyon avro maaş təklif olunur. Bundan əlavə, Kilian imic hüquqlarının əksəriyyətinə sərəncam verə biləcək.

Qeyd olunur ki, hazırda "Real Madrid"də Mbappenin potensial transferi demək olar ki, qeyri-mümkün kimi qiymətləndirilir. Eyni zamanda, oyunçunun anası daha əvvəl "Real Madrid" və PSJ-nin təklifləri arasında "böyük fərq olmadığını" bildirmişdi.