İki ilə yaxındır məşhur reper Asap Rokki ilə sevgili olan dünya şöhrətli müğənni Rihanna ilk körpəsini qucağına alıb. 

"Unikal" xəbər verir ki,  hamiləlik geyimi ilə gündəmdən düşməyən Rihannanın oğlan uşağı dünyaya gəlib.

Məlumata görə, 34 yaşlı müğənni Rihanna Los-Ancelesdəki özəl xəstəxanada körpəsini qucağına alıb. Körpənin adı hələlik məlum deyil.