Astarada məktəbdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Astara rayonunun Kakalos kəndində ümumi sahəsi 200 m² olan və fəaliyyət göstərməyən birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.