BMT Təhlükəsizlik Şurasının razılığı olmadan ABŞ və digər ölkələrin Tehrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar ləğv edilməlidir.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin birtərəfli məcburi tədbirlərin insan hüquqlarına mənfi təsiri üzrə xüsusi məruzəçisi Yelena Dovqan İrana səfərindən sonra deyib.

Xüsusi məruzəçi xatırladıb ki, ABŞ 1970-ci illərin sonlarından etibarən İrana qarşı sanksiyalar tətbiq edir və bu tədbirlər dəfələrlə genişləndirilib.
Y.Dovqan əlavə edib ki, Avropa İttifaqı 2010-cu ildə İrana qarşı hərtərəfli iqtisadi və ticarət sanksiyaları, 2012-ci ildə isə neft embarqosu tətbiq edib. Tehrana qarşı məhdudiyyətlər Avstraliya, Böyük Britaniya və Kanada da daxil olmaqla bir sıra digər ölkələr tərəfindən də qoyulub. İranın xarici hesablarda dondurulmuş aktivləri 100-120 milyard dollar həcmində qiymətləndirilir.