2022-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycana 69,4 milyon ABŞ dolları dəyərində 8 787 ədəd avtomobil ixrac edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu il Azərbaycana ixrac edilən avtomobillərin illik ifadədə 480,6 min dollar və ya 0,68%, sayı isə 1669 ədəd və ya 15,9% azalıb. Belə ki, ötən ilin ilk dörd ayı ərzində Gürcüstan Azərbaycana 69,9 milyon dollar dəyərində 10 456 ədəd avtomobil ixrac edib.