Avropa Parlamentinin üzvləri Aİ-nin Ukraynanın bütün ixrac məhsullarına tətbiq etdiyi rüsumların ləğvini təsdiqləyib.
"Unikal" ukranews.com-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.

Qeyd olunur ki, müvafiq təşəbbüsü 515 deputat dəstəkləyib, 32 deputat əleyhinə çıxıb, 11 nəfər isə bitərəf qalıb.
Bu cür hərəkətlər Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrinə cavab kimi qiymətləndirilir.
Məlumata görə, bu tədbirlər bir il müddətinə sənaye məhsullarına idxal rüsumlarını, meyvə və tərəvəzə idxal rüsumlarını, həmçinin antidempinq rüsumlarını və polad idxalına qarşı qoruyucu tədbirləri tamamilə ləğv edəcək.

Ramil Zeynallı