"Liverpul" Çempionlar Liqasını və İngiltərə Premyer Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq çempionluq paradı keçirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Mersisaydlılar" mayın 29-da ÇL-in finalında "Real"a qarşı oynayacaq. Həmçinin komanda sona 1 tur qalmış yerli çempionatda "Mançester Siti"dən cəmi 1 xal geridədir. "Mançester Siti"nin son turda xal itirəcəyi, "Liverpul" isə qalib gələcəyi təqdirdə Yurgen Kloppun komandası Premyer Liqanın qalibi olacaq. Lakin klub çempionluq qazanıb-qazanmayacaqlarından asılı olmayaraq parad təşkil edəcək. Bundan əlavə, paradda “Liverpul”un futbolçularının olduğu avtobus da təqdim olunacaq.

Qeyd edək ki, "Liverpul" 37 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 89 xalla ikinci yerdədir. Sıralamaya 90 xalla “Mançester Siti” başçılıq edir.