Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatları bölgəsində 19 terrorçu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, türkiyəli hərbçilər bölgədə hücum hazırlığında olan PKK mənsublarının qarşısını alıb.

Nazirlik Suriyanın şimalında əməliyyatların davam etdirildiyini bildirib.