"Avropadan Ukraynaya humanitar yardımın həcmi hər ay azalır".

"Unikal" xəbər verir ki, bu barədə parlamentin maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədr müavini Yaroslav Jeleznyak "Telegram"-da məlumat verib.

"Gömrük məlumatlarına görə, bu cür yardımın həcmi hər ay azalır: martda - 183 min ton; apreldə - 122 min ton; mayda (17/05-ə qədər) - 61 min ton", -deyə Jeleznyak bildirib.

O, bu tendensiyanın səbəblərini gömrükdəki növbələrlə izah edib. Həmçinin humanitar yardımlar daha məqsədyönlü xarakter alır və buna uyğun olaraq çəkisi də o qədər də böyük deyil, çünki onlar artıq bu qədər konserv məhsulları, məişət kimyəvi maddələri və sairləri daşımırlar.

Bundan əlavə, gömrük güzəştləri qüvvəyə minib, bəzi mallar humanitar yardım kimi idxal edilmir.

Aynurə Xudaverdiyeva