Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi tanınması barədə Ukrayna Ali Radasının bəyanat yayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın saytında məlumat dərc olunub. Eyni zamanda, qətnamə layihəsinin özü  hələlik ictimaiyyətə açıqlanmayıb. 

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı müharibə elan edib. Rus işğalçıları Ukraynanın dinc şəhər və kəndlərini atəşə tutur, bombalayır, dinc əhaliyə işgəncə verir və qətlə yetirir. Ukraynanın müdafiə qüvvələri rus qoşunlarına şiddətlə müqavimət göstərir və ağır itkilər verir.