Azərbaycanda 15 yaşadək şəxslərin əlilliyinin qiymətləndirilməsi zamanı əmək fəaliyyəti bacarığı nəzərə alınmayacaq.

"Unikal"ın  xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, əlilliyi qiymətləndirilməsi zamanı 15 yaşınadək şəxslərdə əmək fəaliyyəti bacarığı dəyərləndirilməyəcək.