"Rusiya NATO ilə nüvə müharibəsi başlayacağı təqdirdə neçə ölkənin məhv olunması vecimə deyil". 

"Unikal" xəbər verir ki,  bunu  Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Rusiya TV-lərinin birində  İsveç və Finlandiyanın Alyansa daxil olmasını şərh edərkən deyib. 

"İsveçlilər və Finlər sadə şeyləri başa düşməlidirlər: biz yalnız NATO ilə müharibə aparsaq, onlarla birbaşa təmasda olacağıq. Və NATO ilə müharibə olarsa, bu, pilotsuz təyyarələr müharibəsi deyil, nüvə müharibəsi deməkdir. Mənim üçün bu müharibədə ölkələrin məhv edilməsi vecimə deyil".  

Juravlevin sözlərinə görə, İsveç və Finlandiya başa düşməlidirlər ki, Rusiyada “hər şey kifayət qədərdir”. 

"ABŞ-da əhali 300 milyondur. Amma 5 milyon və ya bir az da çox olan finlərin heç bir şansı yoxdur", - o deyib.

Bildirək ki, İsveç və Finlandiya  mayın 18-də  NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Əvvəllər Rusiya qərarının Kremli narahat etdiyini bildirib, sonra  açıq şəkildə  hərbi müdaxilə ilə hədələməyə başlayıb.

Gülayə Mecid