Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi fonunda Britaniya Rusiya aviaşirkətlərinə maliyyə sanksiyaları tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə "Russia Prime" məlumat yayıb.  Belə ki, Aeroflot, Rusiya və Ural Hava Yollarına qarşı sanksiyalar tətbiq edilib.  Sanksiyalar arasında aktivlərin dondurulması da var.

Britaniya Xarici İşlər Nazirliyində məhdudiyyətlərin qoyulmasına səbəb kimi bu ən böyük Rusiya aviaşirkətlərinin strateji əhəmiyyətli sektorda biznes qurmaqla “Rusiya hökumətinə fayda və dəstək verməsi” adlandırılıb.