Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlı olaraq 5 portuqaliyalı diplomatın ölkədən çıxarılmasına qərar verib.

"Unikal" xəbər verir  ki,  nazirlik bu qərarın Lissabonun keçən ay 10 rus diplomatını ölkədən çıxarmasına cavab olaraq qəbul edildiyini açıqlayıb.

Bununla bağlı açıqlamaya görə, sözügedən portuqaliyalı diplomatlar səfirə verilən notadan sonra 14 gün ərzində ölkəni tərk etməlidirlər.

Bildirək ki,  Rusiya dünən Fransa, İspaniya və İtaliyadan 85 səfirlik əməkdaşını ölkədən çıxarmağa qərar vermişdi.

Gülayə  Mecid