"Ukrayna NATO-ya üzv olarsa, nüvə müharibəsi riski azalacaq". 

"Unikal" xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik “Funke”yə müsahibəsində deyib.  

Onun sözlərinə görə Ukrayna NATO-ya daxil ola bilər:

“Bir şey aydındır: biz mümkün qədər tez NATO-ya daxil olmaq istəyirik. Bu, İsveç və ya Finlandiyada olduğu kimi tez baş verə bilər. Ukraynanın tezliklə Alyansa inteqrasiyası üçün sırf siyasi qərar lazım olacaq. Hesab edirəm ki, bu gün Ukraynanın NATO-ya daxil olmaq şansı müharibədən əvvəlkindən qat-qat yüksəkdir. Əgər Ukrayna Alyansda olsaydı, nüvə müharibəsi riski azalardı. Və buna görə Putin müharibədə nüvə silahından çəkincəkdi. O,  yaxşı bilir ki, nüvə silahından istifadənin cavabı Rusiya üçün sərt olacaq".  

Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı hazırlıqlar boyu Rusiya bu ölkələri öz sərhədləri yaxınlığında nüvə silahı yerləşdirməklə hədələyib. Lavrovun müavini Sergey Ryabkov bildirib ki, Rusiya İsveç və Finlandiyanın Alyansa qoşulmasına “sadəcə dözməyəcək” və Xarici İşlər Nazirliyi “həm hərbi-texniki, həm də digər” cavab addımlarını açıqlayıb.

Gülayə  Mecid