“Rusiya qoşunları Ukrayanadan çıxmalıdır”.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Rusiya qoşunları Ukraynadan çıxmayanadək atəşkəs mümkün deyil. Ukrayna ictimaiyyəti yeni “Minsk”in yaranmasında və bir neçə ildən sonra müharibəyə yenidən qayıtmaqda maraqlı deyil. Rusiya Ukrayna torpaqlarından hələ ki tam çıxmağa hazır deyil, danışıqlar platformasında Ukraynaya silah, pul verilməsi, Rusiyaya sanksiyalar tətbiq olunması var".