Zəngilan rayonu 35 saylı məktəbdə müəllim şagirdi döyüb.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Təhsil Nazirliyindən bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.