"Rusiyanın Ukraynaya hücumu tezliklə illərlə davam edə biləcək qlobal ərzaq böhranına səbəb ola bilər".

"Unikal" BBC-yə istinadən xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Guterres deyib.

Guterres müharibənin qiymətlərin artması səbəbindən yoxsul ölkələrdə ərzaq təhlükəsizliyini daha da pisləşdirdiyini də qeyd edib. 

O əlavə edib ki, Ukraynanın ixracatı müharibədən əvvəlki səviyyəyə qaytarılmasa, bəzi ölkələr uzunmüddətli aclıqlarla üzləşə bilər.

"Münaqişə bir vaxtlar külli miqdarda yemək yağı, həmçinin qarğıdalı və buğda kimi dənli bitkilər ixrac edən Ukrayna limanlarından təchizatı kəsib", -deyə Baş katib bildirib.

Bu, qlobal təklifi azaldıb və alternativlərin qiymətinin qalxmasına səbəb olub.

BMT-nin məlumatına görə, qlobal ərzaq qiymətləri keçən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 30% bahadır.

Çərşənbə günü Nyu-Yorkda danışan Quterres, münaqişənin iqlim dəyişikliyinin və pandemiyanın təsirləri ilə birlikdə "on milyonlarla insanı qida çatışmazlığı, kütləvi aclıq və qıtlıq ilə müşayiət olunan qida çatışmazlığı ilə təhdid etdiyini",- söyləyib.

Aynurə Xudaverdiyeva