Şimali Koreya hakimiyyəti növbəti nüvə sınağına hazırlığı başa çatdırıb.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatında deyilir. 

Milli Assambleyanın (Parlament) Kəşfiyyat Komitəsi hesab edir ki, Şimali Koreya böyük ehtimalla qitələrarası ballistik raketi sınaqdan keçirmək niyyətindədir. 

"İşarələr müəyyən olunduğundan və hazırlıqlar son mərhələdə olduğundan, raketin buraxılması müəyyən müddətdən sonra baş verə bilər. Demək olar ki, nüvə sınaqları və ya raket buraxılışları baş tutsa , təəccüblü olmayacaq", - deputat Kim Byung Gi bildirib.

Ağarza Elçinoğlu