İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib

"Unikal" xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb. B.Hacıyev bildirib ki, xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışının qadağan olunduğu barədə məlumat verilib.

Daha sonra o, növbəti dəfə sosial şəbəkə hesabında paylaşım edərək problemin həll olunduğunu qeyd edib.