ABŞ Rusiya hücumlarından əvvəl Ukrayna səfirliyini Ukraynanın paytaxtı Kiyevdən Polşa ilə sərhəddə yerləşən Lvov şəhərinə köçürüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinkenin verdiyi yazılı açıqlamada ABŞ-ın Ukraynadakı səfirliyinin yenidən Kiyevə köçürüldüyünü bildirib. 

“Bu gün biz ABŞ-ın Kiyevdəki səfirliyində rəsmi olaraq fəaliyyətimizi bərpa edirik. Bizim təhlükəsizlik yardımımızla Ukrayna xalqı öz vətənini Rusiyanın ağlasığmaz işğalına qarşı qorudu və nəticədə səfirlikdə yenidən ABŞ bayrağı dalğalanır. Biz qürurla dururuq və öz ölkəsini Kremlin qəddar təcavüzünə qarşı müdafiə edən Ukrayna hökumətini və xalqını dəstəkləməyə davam edirik”, -  deyə o ifadə edib. 

Gülayə Mecid