Rusiya Federasiyasına güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil.

"Unikal" “Ukranews.com” saytına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Radio NV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasına və ya elitasına hər hansı güzəşt "Minsk-3" anlamına gələcək ki, bu da sadəcə olaraq növbəti müharibənin daha bir, iki və ya üç illik təxirə salınması olacaq.