Bu gün senat Ukraynaya 40 milyard dollar yardım ayırmaq üçün qanun layihəsini qəbul etmək niyyətindədir.

"Unikal" The Guardian-a istinadən  xəbər verir ki, bunu Demokratların senatdakı lideri Çak Şumer deyib.
Ç. Şumer qeyd edib ki, ABŞ Ukraynaya hərbi və humanitar ehtiyaclar üçün 40 milyard dollar ayırmaq niyyətindədir. Senat ötən həftə müvafiq sənədi qəbul etməyi planlaşdırırdı, lakin respublikaçı Rand Paul qanun layihəsinin təsdiqlənməsinə mane olub.

Şumerin sözlərinə görə, Paulun qərarı yalnız Ukraynanın maliyyələşdirilməsinə maneçilik törədib.

“Senator Pol üçün Ukraynanın sırf siyasi səbəblərdən maliyyələşdirilməsinin ləngiməsi yalnız Putinin mövqeyini gücləndirmək deməkdir”, - Şumer bildirib.

Ramil Zeynallı