Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT baş katibi Antoniu Quterreş ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı Suriya, Liviya, Əfqanıstan və Kiprdə baş verən hadisələr müzakirə olunub.

Tərəflər Ukraynadakı müharibə və digər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Quterreş Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib.