“Şuşanın azad olunması ilə nəticələnən döyüşlərin yaşandığı Cıdır düzünü ziyarət etdik.”

"Unikal" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop “Twitter“ hesabında qeyd edib.

O bildirib ki, bu vəsilə ilə Qarabağa Azərbaycan türkünün bayrağını asmaq, zülmə və işğala son qoymaq üçün şəhadətə yüksələn qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.