Rusiya qazının Finlandiyaya çatdırılması mayın 20-də dayandırıla bilər.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanın milli qaz paylayıcısı "Gasum" xəbərdarlıq edib.

Bildirilir ki, "Gasum" müştəriləri və fövqəladə tədarüklərə cavabdeh olan səlahiyyətlilərlə birlikdə belə bir inkişafa hazırlaşır. 2022-ci ilin yayında Finlandiya Estoniyadan qaz tədarükü edəcək. 

Rusiya 45 ildən çoxdur ki, Finlandiyaya təbii qaz verir. 2015-ci ilin dekabrında "Qazprom Export" və "Gazum" müqaviləni 2031-ci il dekabrın 31-dək uzadıb.

Ağarza Elçinoğlu