"Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə mitinqlərin olduğu vaxtda müxtəlif ölkələrə səfər edirsə, demək bu məsələdə rahatdır, onunla bağlı nə isə təhlükənin olduğunu düşünmür".

Bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. Sabiq nazir bildirib ki, aksiyada iştirak edənlərin sayı elə də çox deyil:

"Bu aksiyalar Ermənistan hökumətini təzyiq altına sala bilməz. Mitinqlərdə hərbçi və polislərin hansı tərəfdə olmasına baxmaq lazımdır. Ermənistan polisi tam şəkildə Paşinyan hökumətinin kontrolu altındadır. Ola bilər ki, Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı danışıqlarda onlar aksiyaların olduğunu deyib hansısa şərtləri çıxartmaq istəyərlər. İnanmıram ki, Azərbaycan tərəfi onu qəbul etsin. Bu aksiyalar Paşinyan hakimiyyətinə böyük təzyiq deyil", - deyə E.Məmmədyarov qeyd edib.

Anar Kəlbiyev