Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində Karen Dəmirçyan metrosunun normal gedişi iflic olub.

"Unikal" xəbər verir ki, bu barədə “Metro”nun mətbuat katibi Tatev Xaçatryan məlumat yayıb. 

"“Yeritasardakan” metrostansiyasında vətəndaşlar itaətsizlik aksiyası keçirərək metronun hərəkətini pozublar. Hazırda izdiham yaratmamaq üçün bütün metro stansiyalarının qapıları bağlıdır.. İş bərpa olunan kimi əlavə məlumat veriləcək", - deyə o bildirib.

 Gülayə Mecid