Rusiya prezidenti Vladimir Putinin son görüntüləri dünya  mediasında yenidən gündəmə səbəb olub. 

"Unikal" xəbər verir ki, Putin Tacikistan prezidenti İmaməli Rəhmanı Kremldə qonaq edib. Ölkə rəhbərlərinin  görüşü zamanı Putinin hərəkətləri diqqət çəkib. 

Britaniya mətbuatı Putinin davamlı olaraq ayağını silkələməsi, sol ayağını qaldırıb aşağı salması videosunu paylaşıb. Bu görüntülər Rusiya prezidentinin səhhəti ilə bağlı şayiələri daha da artırıb.

Putinin ayaqları ilə hərəkətlərinin Tacikistan liderinin diqqətini çəkdiyi də görülüb.

Qeyd edək ki, səhiyyə ekspertləri, siyasətçilər və hətta mühacirətdə olan rus iş adamları Putinin ciddi bir xəstəliklə mübarizə apardığını iddia edirlər.

Gülayə Mecid