Bakıda baş verən yanğında bir nəfər ölüb.

“Unikal” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.

Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölüb.

İctimaiyyətə əlavə məlumat veriləcək.