Hakimiyyət Rusiyadan Gürcüstana avtomobillə getməyə icazə verib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hüquqi informasiyanın rəsmi internet portalında sərəncam dərc olunub. Bildirilir ki,  sərəncama  əsasən, quru sərhədlərindən Gürcüstana getmək üçün artıq əsaslandırma tələb olunmur.
Qeyd edək ki, əvvəllər Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu.
Xatırladaq ki, bu və digər ölkələr üçün bu cür məhdudiyyətlər hökumətin 27 mart 2020-ci il tarixli 763-r nömrəli qərarı ilə tətbiq edilib ki, bu da koronavirus pandemiyası ilə əlaqədar avtomobil, dəmir yolu, piyada və digər keçid məntəqələrində nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırıb.

Ramil Zeynallı