Daxili İşlər Nazirliyi Bərdədə baş verən qəza ilə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, məlumatda bildirilir:

"Mayın 17-də saat 18 radələrində Bərdə rayonunun Qarayusifli kəndi ərazisində Hacallı kənd sakini Cəlil Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sürücü Qarabağ kanalına düşərək ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".

***

17 may, 22:48

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bərdə rayon Hacallı kənd sakini, Cəlil Hacıyev idarə etdiyi “09-AA-055” dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarına aşırıb.

Hadisə zamanı sürücü C.Hacıyev hadisə yerində ölüb. Qeyd edək ki, ölən şəxs fermerdir və dəvə təsərrüfatı var.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov