Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilməyərək saat 23:23-də söndürülüb.

Bu barədə “Unikal”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

xxx

22:37

Bakıda güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Bildirilir ki, yanğın Mərkəzi parkın yaxınlığında yaşayış binalarının birində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğının söndürülməsi istiqamətinə tədbilər görülür.

Əalvə məlumat veriləcək.