Xarici media növbəti dəfə Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatla bağlı məxfi məlumat yayıb.

"Unikal" xəbər verir ki, “The Guardian”  Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Donbasdakı rus qoşunlarına şəxsən rəhbərlik etdiyini, operativ və taktiki qərarlar qəbul etdiyini yazıb.

Hərbi mənbələrə əsasən nəşr V. Putinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla “yaxından əməkdaşlıq etdiyini” bildirib.

İnsayderlərdən biri təsdiqləyib ki, Putin və Gerasimov adətən “polkovnik və ya briqada generalından” gözlənilən qərarlar verirlər.

Bununla yanaşı, jurnalistlər qeyd edirlər ki, adətən ölkələrin prezidentləri operativ qərarların hazırlanmasında iştirak etmirlər. Onlar siyasi strategiyanı müəyyənləşdirirlər və gündəlik işlərlə məşğul olmurlar.

Ekspertlərdən biri, Britaniya ordusunun keçmiş briqada generalı Ben Barri Vladimir Putinin hərbi qərarlarla məşğul olduğuna inanmır və onun görməli olduğu daha vacib işlərin olduğunu deyib.

Ramil Zeynallı