İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün mayın 18-də birlikdə müraciət edəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson Finlandiya Prezidenti Sauli Niiniestö ilə birgə mətbuat konfransında məlumat verib.

Baş nazir qeyd edib ki, iki ölkə NATO-ya üzvlük prosesinə əl-ələ verərək başlamaq qərarına gəliblər.

Xatırladaq ki, bu gün Finlandiya parlamenti ölkənin NATO-ya daxil olması barədə müraciət edilməsini dəstəkləyib. Həmçinin İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Şimali Atlantika Alyansına qoşulması haqqında müraciəti imzalayıb.