Finlandiya parlamenti bu gün keçirilən iclasında NATO-ya üzvlük üçün müraciət təklifini təsdiqləyib.

"Unikal" xəbər verir ki, parlament sədri Matti Vanhanen qərarın 8 əleyhinə 188 səslə qəbul edildiyini açıqlayıb. Koalisiya hökumətinin üzvü olan Sol Alyansın bəzi deputatları təklifin əleyhinə səs verib.

Xarici işlər naziri Pekka Haavisto bildirib ki, NATO-ya üzvlük Finlandiyanın sülh tərəfdarı siyasətini dəyişməyəcək.