Ötən gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşü baş tutub.

"Unikal"  xəbər verir ki, görüşdə  diqqət çəkən məqamlardan biri də beş ölkənin prezidenti və Ermənistanın baş naziri protokola uyğun olaraq özləri ilə su butulkası və stəkan gətirmələri olub.

KİV-lərdə yer alan xəbərlərə  görə, KTMT dövlət başçılarının qarşısındakı stəkanlarının xüsusi qapaqları olub. Bildirilir ki, Rusiya tərəfindən bu cür modernləşdirilmiş su stəkanı üzv ölkələrin altı liderinin hər birinə çatdırılıb.

Sosial şəbəkə istifadəçiləri liderlərin su stəkanına kimi özləri ilə gətirməsini şərhlərdə ələ salıblar. Hətta onlar sammit iştirakçılarının su stəkanlarına çətinliklə toxunduqlarını bildiriblər. 

Məlumata görə, Putin bunu özünü qorumaq məqsədilə həyata keçirib. Şərhçilər Putinin zəhərlənməkdən qorxduğunu bildirərək, onu ələ salıblar. 

Xatırladaq ki, Putinin koronavirus qorxusu onu rəsmi şəxslərlə uzun masa arxasında görüşlər keçirməyə məcbur etmişdi.