Ukrayna Baş Qərargahı 24 fevral-17 may tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, açıqlamada Rusiya ordusunun son 24 saat ərzində daha 200 əsgər itirdiyi bildirilib.

Məlumatda Rusiya ordusunun ümumilikdə 27 min 900 əsgəri və 201 təyyarə, 167 helikopter, 1235 tank, 3 min 9 zirehli texnika, 578 top, 198 reaktiv yaylım atəşi sistemi və 90 hava hücumundan müdafiə sistemini itirdiyi bildirilib. 

Rusiya qüvvələrinin 2109 avtomobil, 13 gəmi , yüngül sürətli qayıq və 436 pilotsuz uçuş aparatını itirdiyi qeyd edilən açıqlamada, ruslar tərəfindən atılan 97 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi qeyd olunub. 

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.