"Barselona"nın futbolçusu Usman Dembele "Bavariya"da oynaya bilər.

"Unikal" istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı vingeri heyətinə qatmaq istəyir. Kataloniya klubu ilə müqavilə uzatmayan və yayda azad agent olacaq fransalı oyunçunun Almaniya nəhənginə keçəcəyi istisna edilmir.

Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da çıxış edir.