Qərbi Afrika ölkəsi Malidə hakimiyyət çevriliş etmək üçün hərbi planların qarşısını aldığını bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mali hökuməti məlumat yayıb. 

Bildirilir ki, qiyamı "anti-proqressiv Malili zabit və çavuşlardan" ibarət kiçik qrup planlaşdırıb.

“Dövlət çevrilişi cəhdinin qarşısı Mali ordusu və təhlükəsizlik qüvvələrinin sayıqlığı və peşəkarlığı ilə alınıb”, - məlumatda deyilir.

Üsyançıların “Qərb dövlətlərindən birinin” dəstəyinin olduğu qeyd edilir.