Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 687 648, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 047, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 256 620, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 142 nəfər təşkil edir.