Daxili işlər orqanlarında yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis kapitanı Şıxəliyev Turan Şakir oğlu Samux Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub.

O bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili olub.

Tural Əhmədov