Luqansk vilayətində Beloqorovkada ruslar Severski Donets çayını keçməyə cəhd edərkən minə yaxın canlı qüvvə və 100-ə yaxın hərbi texnikanı itiriblər.

"Unikal" xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat  yayıb.  

“Onların (işğalçılar – red.) Beloqorovkadakı rüsvayçı əməliyyatı Luqansk vilayətindəki məğlubiyyəti kimi Rusiya ilə Ukrayna arasındakı bu müharibənin tarixinə düşəcək. Çünki orada Rusiya  Silahlı Qüvvələrinin 100-ə yaxın texnikası darmadağın edildi, orada iki batalyonu məhv edildi. Bu da minə yaxın əsgər deməkdir. Həmçinin, bir neçə ponton məhv edilib. Beloqorovkada keçmək və körpübaşı yaratmaq üçün bütün cəhdlər, hamısı məğlub oldu, uğur qazana bilmədilər ", - Qaydai bildirib.