İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçəcək.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşdə deyib.

Milli Məclisin sədri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi etdiyini, tədbirdən sonra təşkilata sədrliyin Azərbaycana keçəcəyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə İƏTPA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək.