Adanada bir şəxs dava zamanı tapança ilə qardaşının başına atəş açaraq qardaşını öldürərək hadisə yerindən qaçıb.

"Unikal" Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha sonra qardaşının ölüm xəbərini alan şəxs “Mən bu ağrıya dözə bilmirəm” deyərək intihar edib.

Muradiye məhəlləsində ticarətlə məşğul olan Lətif Aslan (58) və qardaşı Mahmut Aslan (51) bacısı oğlunun mübahisəsini dağıtmaq istəyib və öz aralarında dava edib.

Mahmut Aslan tapança ilə qardaşı Lətif Aslanın başına atəş açaraq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aynurə Xudaverdiyeva